Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində yerli sakinlər etiraz aksiyası keçiriblər.
Millitv.az "Report"a istrinadən məlumatına görə, əhali kənddə otlaq sahələrinin fərdi şəxslərə satılmasına etiraz ediblər.

Etirazçılar bildiriblər ki, onların yeganə gəlir mənbəyi maldarlıqdır və otlaqlara alternativ sahələr yoxdur. Onların sözlərinə görə, Gürcüstanda prezident seçkiləri öncəsi 16 hektarlıq otlaq sahələrinin Qaracalar kəndinin mülkiyyətinə veriləcəyi bildirilsə də, daha sonra həmin sahələr fərdi şəxslərə satılıb.

Bir neçə gün öncə kənddə otlaq sahələrdən birinin sahibi və sakinlər arasında fiziki qarşıdurma da baş verib. Faktla bağlı araşdırma aparılır.
Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili aksiya iştirakçıları ilə görüşüb. O, vəziyyətlə tanış olduqdan sonra sakinlərə məsələnin dinc yolla həll olunacağına söz verib.

Etiraz aksiyası axşam saatlarına qədər davam edib. İştirakçılar bildiriblər ki, məsələ həll edilməsə, etiraz aksiyalarını dayandırmayacaqlar. Aksiya başa çatsa da, polis əməkdaşları kənddə asayişin qorunmasına cəlb olunub.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət