Axtarış...

Azərbaycan və İran arasında radiotezliklərə dair razılıq əldə olunub

Azərbaycan və İran arasında radiotezliklərə dair razılıq əldə olunub
Azərbaycan və İran arasında sərhədyanı ərazilərdə radiotezlik resurslarının bərabərhüquqlu istifadəsinə dair razılıq əldə olunub. Bu barədə ONA-ya Dövlət Radiotezliklər İdarəsindən deyiblər.

Ölkələr eyni texniki parametrlərə uyğun baza stansiyalarını və eyni tezlik resurslarını istifadə edirlər ki, bu da bəzi hallarda sərhədyanı bölgələrdə şəbəkələr arasında interferensiya yaradır. Razılaşma radiotezlik spektrinin nizamlamasını nəzərdə tutur. Bu da istifadədə olan radioelektron vasitələrin bir birinə əngəl yaratma ehtimalının azaltmasına yönəlib.

Qeyd edək ki, iki ölkənin səlahiyyətli qurumları tərəfindən sərhədyanı bölgələrdə mütəmadi olaraq istifadədə olan radiotezliklərin monitorinqi aparılır və əldə olunan razılaşma müvafiq protokolla təsdiq olunur. Protokol iki ildən bir yenilənir. Hazırda belə bir imzalanmış sənəd Rusiya və Gürcüstan arasında da mövcuddur.


Daha çox xəbər

Şərh yaz