Çexiyada Azərbaycan animasiya filmləri ilə bağlı tədbir keçirilib

Çexiyada Azərbaycan animasiya filmləri ilə bağlı tədbir keçirilib
Azərbaycan animasıya filmlərini tanıtmaq məqsədilə Çexiya Respublikasının Praqa şəhərində “Animafilm” Birinci Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir "OLIEL Company" və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Praqanın “Kino Pilotů” kinoteatrında təşkil edilib.

Tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş olunub və “Azərbaycan animasiyası” kitabının təqdim edilib.

Festivalın direktoru Rəşid Ağamalıyev çıxış edərək qeyd edib ki, tədbir ilk növbədə iki ölkə animasiyası arasında münasibətləri daha da yaxınlaşdırdı və mədəniyyətlərimiz arasında birbaşa dialoq yaratdı.

Hazırda Rusiyada çalışan animasiya ustadı, rejissor Cahangir Süleymanov və “Tıq-Tıq xanım” multfilminin rejissoru kimi məşhurlaşmış animasiya ustadı Məsud Pənahinin çıxışlarından sonra onların cizgi filmləri nümayiş edilib.

Tədbirdə Birinci Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, “Oskar” mükafatına namizəd “Late Afternoon” (“Günortadan sonra”) da daxil olmaqla mükafat almış Azərbaycan, Rusiya, İran və Almaniya cizgi filmləri bu ölkədə ilk dəfə nümayiş etdirilib. Filmin rejissoru İrlandiyadan Louise Bagnall tədbirə internetlə qatılaraq söyləyib ki, “Late Afternoon”un “Oskar” mükafatına təqdim olunması onun tamaşaçılarının sayını xeyli artırmaq fürsətidir.

Tədbirdə ölkəmizin ən tanınmış animasiya filmləri nümayiş etdirilib, sonra “Azərbaycan animasiyası” kitabının təqdimatı olub.

Xatırladaq ki, ötən ilin oktyabrın 19-dan 21-dək ölkəmizdə Birinci Bakı Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivala dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilib.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət