Ərdoğandan Trampın bəyanatına sərt reaksiya

Ərdoğandan Trampın bəyanatına sərt reaksiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı bəyanatına sərt reaksiya verib.
TASS agentliyinin məlumatına görə, Ərdoğan Trampın bəyanatının təəssüf doğurduğunu bildirib.

O qeyd edib ki, ABŞ prezidentinin bəyanatı Yaxın Şərq regionunu yeni böhran həddinə gətirib çıxarıb.
"Türkiyə heç vaxt Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə imkan verməyəcək”, - deyə Türkiyə prezidenti İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı bildirib.
Onu da bildirək ki, Rusiya və Avropa İttifaqı məsələ ilə bağlı mövqelərinin dəyişmədiyini, İsrailin Qolan təpələri üzərində suverenliyini tanımadıqlarını bəyan ediblər.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət