Axtarış...

Prezidentlikdən getsə də, hakimiyyətdə qalır - "QAZAXISTANDA QALAQURMA"

Prezidentlikdən getsə də, hakimiyyətdə qalır - "QAZAXISTANDA QALAQURMA"
Qazaxısanın kemiş prezidenti Nrsultan Nazarbayev martın 19-da prezidentdlikdən istefa versə də, ölkədə hakimiyyəti özündə və ailəsinin əlində saxlaya bilib. Sonxeber.az "fed.az"a istinadla xəbər verir ki, dünən N.Nazarbayev televiziya ilə canlı yayımda xalqa müracət edərək prezidentlikdən istefe verdiyini bildirib və elə canlı yayımda istefa fərmanı imzalayıb.
O bildirib ki, növbəti prezident seçkilərinədək prezident vəzifələrini indiyək parlamentin rəhbəri - pallament Senatının sədri olan Kasımjomart Tokayev icra edəcək. Bu gün, martın 20-də K.Tokayev artıq and içib və vəzifələrinin icrasına başlayıb.

Bununla yanaşı, məlum olub ki, Nursultan Nazarbayev prezidentlikdən istefa versə də, hakimiyyəti əlində və ailə üzvlərində saxlaya bilib. Belə ki, keçmiş prezident bundan sonra Təhlükəsizlik Şurasının rəhbəri və ölkənin əsas siyasi qüvvəsi sayılan və hakimiyyətdə olan "Nur Otan" partiyasının lideri olacaq.
Nəticədə prezident olmasa da, Qazaxıstanda verilən bütün strateji xarakterli qərarlar – daxili və xarici siyasətin əsas istiqamətləri Nazarbayevlə razılaşdırılacaq. Bu, həm "Qazaxıstan Respublikasının ilk prezidenti - Elbaşı haqqında" qanunun tələbidir, həm də Təhlükəsizlik Şurasının ömürlük sədri kimi Nazarbayevin bu məsələlərdə söz sahibi olması Konstitusiyada əksini tapıb.

Bundan başqa, prezidentin qızı Dariqa Nazarbayeva Qazaxıstan Senatının sədri (prezidentliyin tapşırıldığı Tokayevin əvvəlki vəzifəsinə) gətirilib.
Başqa sözlə, Nazarbayev prezidentlikdən getsə də, ölkədəki 3 strateji postun 2-ni özü və qızı tutacaq.
Nazarbayevin prezidentlikdən istehfasının əslində simvolik xarakter daşıdığını yeni prezidetin verdiyi ilk qərarlar da təsdiqləyir. Belə ki, onun təklifi ilə ölkənin paytaxtı – Astananın adı dəyşidirilərək Nazarbayevin şəhəfinə Nursultan adlandırılıb. Nazarbayevin özünə ölkənin ən yüksək mükafatı olan "Xalq Qəhrəmanı" mükafatı verilib. Bundan başqa, ölkənin bütün şəhərlərindəki əsas prospektlərə Nazarbayevin adı veriləcək, bütün ictimai binalarda onun şəkilləri vurulacaq.



Şərh yaz