Axtarış...

Müxalifət Əli İnsanova qoşulacaqmı? - GÜNÜN SUALI

Müxalifət Əli İnsanova qoşulacaqmı? - GÜNÜN SUALI

Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov jurnalistlərə ilk açıqlamasında siyasətlə məşğul olacağını bəyan etdi. Müxalifətə qoşulub-qoşulmayacağı barədə suala cavabında isə deyib ki, “hər şey Allahın əlindədir, hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.

Bəs müxalifətin nə zamansa Əli İnsanova qoşulması mümkünmü?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, Əli İnsanov hazırda fərddir və hüquqi şəxs olan siyasi partiyanın ona qoşulması mümkün deyil: “Müxalif partiya olaraq Azərbaycan siyasətində demokratikləşmə, barış, dialoq üçün mübarizə aparırıq. Azərbaycanın gələcəyini barışda və dialoqda görürük. Kim demokratikləşmə, barış və dialoq üçün mübarizə aparacaqsa, kim vətəndaşların rifah halının yaxşılaşdırılması, demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərəcəksə, biz hamısı ilə əməkdaşlığa hazırıq. Biz Əli İnsanov da daxil olmaqla, bütün Azərbaycan seçicilərinin səsini qazanmağa, siyasətimizin üstün siyasət olduğunu sübut edərək səsini almağa çalışırıq. Əli İnsanov da Azərbaycan vətəndaşlarından biridir, çox istərdik ki, bizim siyasi fəaliyyətimiz Əli İnsanov tərəfindən də bəyənilsin, dəstəklənsin və o da bizim xəttin doğru olduğunu qəbul etsin.

Əli İnsanov siyasi partiya rəhbəri deyil, fərddir. Bir siyasi partiyanın hər hansı bir fərdə qoşulması, birləşməsi mümkünsüz bir şeydir. Ona görə də hesab edirəm ki, bu məsələdə Ümid Partiyası ilə hər hansı təmasdan, birlikdən danışmaq bir az siyasətin məntiqinə ziddir. Əli İnsanov partiya yaradarsa, partiyasını cəmiyyətdə tanıtdırarsa, ideya və məqsədlərinə baxarıq, görək, bizim məqsəd və ideyalarımızla üst-üstə düşür, yoxsa düşmür. Əli İnsanov bugünkü statusunda çox arzu edərdik ki, bizə səs verən seçicilərdən biri olsun. Amma bugünkü durumda Ümid Partiyası ilə Əli İnsanovun birliyi barədə danışmaq bir qədər siyasətin məntiqindən uzaqdır”.

VİP sədri Əli Əliyev bildirdi ki, Əli İnsanovun verdiyi bəyanat onun gümrah və mübarizə əzmində olduğunu göstərdi: “İçəridə olduğu dövrdə dəyanət və əyilməzlik nümayiş etdirib, bunu demək lazımdır. İnanmıram ki, o, müxalifət düşərgəsi barədə səhih məlumatlara malikdir. Ona görə bir qədər gözləmək lazımdır. Yəqin ki, bir müddətdən sonra onun da mövqeyində dəyişiklik olacaq. Zamana ehtiyacı var. Eyni zamanda axı Əli müəllim müxalifətə birləşəcəyini də istisna etməyib. Bizim birləşməyimizə gəlincə, inanmıram ki, kiminsə rəhbərliyi ilə koalisiyada ola bilərik. Bərabərhüquqlu əməkdaşlıq müzakirə edilə bilər”.

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, Əli İnsanovun siyasi mübarizəsinə müxalifət də dəstək olmalıdır: “Düzdür, o da korrupsioner olub, vəzifəsinə görə çoxlu pul qazanıb. Lakin insanların günahlarının yuyulma məsələsi var. Bir insan günahına ekvivalent əməl edərsə, həmin əməl günahı yuyur. O, artıq günahının cəzasını çəkib və bundan sonra YAP-ın apardığı siyasətdə iştirak etməyəcəksə, xalqa qarşı hər hansı yanlış addım atmayacaqsa, Əli İnsanovla bizim heç bir fərqimiz yoxdur. Əgər aktiv şəkildə siyasi mübarizə aparacaqsa, onunla əməkdaşlıq etməliyik. Artıq Azərbaycanda xalq əvvəlki illərdən fərqli olaraq siyasiləşir. İnsanov da bu prosesin başlandığı dövrdə çıxıb və qatılacağı təqdirdə ciddi qatqıları da ola bilər. Əli İnsanov öz partiyasını yaradacaqsa, bu başqa məsələ, əməkdaşlıq etməyə borcluyuq”.

20-dən yuxarı müxalif partiyanın təmsil olunduğu Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü İsgəndər Həmidov müxalifətin Əli İnsanova qoşulmasına inanmadığını dedi: “Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov olaraq Əli İnsanovu azad olunması münasibətilə təbrik edirəm. Mən inanmıram ki, illərdir demokratiya uğrunda mübarizə aparan oturuşmuş müxalifət partiyaları indi kiməsə qoşulsunlar. Kiminsə mövqeyini qəbul edə bilərlər, ancaq qoşulmazlar. O ki qaldı AXH-nin Əli İnsanovla münasibətlərinə, AXH tək İsgəndər Həmidovdan ibarət deyil ki, mən bu məsələ barədə konkret fikir bildirim. Bu məsələni ancaq biz İdarə Heyətində müzakirə etdikdən və qərar qəbul etdikdən sonra dəqiqləşdirə bilərik”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər: “Mən onun açıqlamasını dinlədim. Həqiqətən də bu yaşda insanın uzun müddət həbsdə olduqdan sonra belə mövqe ortaya qoya bilməsi təqdirəlayiqdir. Bundan sonra nə baş verəcəyi isə məncə, həm Azərbaycan müxalifətindən, həm də Əli İnsanovdan çox asılıdır. Mənə belə gəlir, ilk növbədə Əli İnsanov səhv etməməlidir. Yəni onun aktiv hərəkəti bir tərəfə, səhv etməyib dursa belə, məncə, hadisələrin istədiyi istiqamətdə inkişafının şahidi olacaq. İndi demokratik müxalifətin əsas problemi ilk növbədə birləşmək məsələsidir. Heç kim bu birləşmənin baş tutmasına əngəl yaradacaq açıqlamalar verməməlidir. Hamı bilir ki, əsas məsələ müxalifətin bir araya gəlməsidir. Qaldı kimin ətrafında birləşmək məsələsinə, onu zaman göstərəcək. İlk növbədə birləşmək istiqamətində kimlər addım atırsa, Azərbaycan cəmiyyətində o, müsbət qarşılanacaq. Bunun baş tutmasına ancaq Əli İnsanovun özü mane ola bilər. Özü mane olmasa, böyük ehtimalla bu, baş tutacaq. Mən Əli İnsanovu və bütün azadlığa qovuşan məhbusları, onların ailə üzvlərini təbrik edirəm. Onların azadlığa çıxması bizi də sevindirdi”.

Hakim Yeni Azərbaycan Partiyasından da Əli İnsanovun həbsdən çıxanda verdiyi bəyanata münasibət bildirilib. YAP-çı deputat Aydın Mirzəzadə modern.az-a deyib ki, Əli İnsanov da artıq Azərbaycanın müstəqil vətəndaşıdır. Dövlətimiz hüquqi, demokratik dövlət olduğundan konstitusiyamızda qeyd edilən vətəndaş hüquqlarından o da istifadə edə bilər: “İnsanov da daxil olmaqla, hər bir Azərbaycan vətəndaşı qanunazidd olmayan formada siyasətlə, ictimai fəaliyyətlə məşğul ola, öz mövqeyini bildirə bilər. Əli İnsanova əfv sərəncamından irəli gələn çıxarışın verilməsi prosesində mən də iştirak etdim. Onu ötən əsrin 90-cı illərindən tanıyıram. Bununla belə, onun ilk açıqlamaları göstərir ki, Əli İnsanovun müəyyən müddət həbsxanada qalması, cəmiyyətdən təcrid vəziyyətində yaşaması öz təsirini göstərib. Azərbaycan onun həbs edildiyi dövrdəki Azərbaycan deyil, bu illər ərzində güclü inkişaf gedib, demokratiya dərinləşib, insan hüquq və azadlıqlarının təmin edilməsində daha böyük işlər görülüb. Azərbaycan bu gün öz inkişafı ilə dünyanın diqqətini cəlb edən ölkədir. Əhalinin böyük əksəriyyəti prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Ortadakı bu reallığı danmaq mümkün deyil. İndiki məqamda kiminsə fərqli mövqe tutması, hansısa çağırışlar etməsi onun seçimidir. Azərbaycan ilk növbədə bu gün cənab prezidentin apardığı siyasət nəticəsində yüksək inkişafa nail olub”.
“Yeni Müsavat”


Daha çox xəbər

Şərh yaz
шары на заказ москва с доставкой

----

Кликай по ссылочке!

----


чемодан из поликарбоната

----

Чемоданы всем нужны

----


шары на день рождения недорого москва

----

Зайдите на сайт

----


продам склад

----

Все для посетителя

----


бизнес центр гранд сетунь плаза

-----

каталог сайтов посмотреть

----


бц нео гео

----

Посмотрите дверь

----


двери железные входные недорого цена

госуслуги



восточный экспресс займ

2353listtest