Axtarış...

Sabiq DİN rəhbərinin qardaşı AZADLIQDA

Sabiq DİN rəhbərinin qardaşı AZADLIQDA

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Onun əməli Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsinə tövsif edilib.

Əvəz Əhmədov barəsində 2 min manat cərimə cəzası müəyyən edilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Əvəz Əhmədov Rəşad Tahirov və Hörmət Əsgərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.(Teleqraf.com)


Daha çox xəbər

Şərh yaz