Axtarış...

AVRO-2020-nin püşkatmasının tarixi bəlli olub

AVRO-2020-nin püşkatmasının tarixi bəlli olub
2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin yeri və tarixi bəlli olub. ONA-nın məlumatına görə, tədbir bu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da təşkil olunacaq.

Mərasimdə 24 komanda 6 qrupa bölünəcək. Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.



Şərh yaz