Axtarış...

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 10-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb.

Sonxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Xəbərdarlıq - Martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.



Şərh yaz