Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb

Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb

Martın 9-da Yasamal rayonunun Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən 30-40 faiz ucuz təklif edirlər. Yarmarkada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkaların məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilməsi, əhalinin isə ucuz qiymətə məhsul almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkalara həvəslə gətirir və alıcılara bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Buna görədir ki, Novruz yarmarkalarında alıcı fəallığı yüksəkdir.

Yarmarkaya gələn Bakı sakini Məmmədova Lətifə bildirib ki, təklif edilən kənd təsərrüfatı məhsullarının qiyməti bazarla müqayisədə xeyli aşağıdır. O deyib: “Mən bir alıcı kimi buradakı qiymətlərdən razıyam. Keçən dəfə buradan bal almışdım, çox razı qaldım və yenidən bal alıram. Buradakı səliqə-sahmana söz yoxdur. Satıcıların da müştərilərlə rəftarı çox gözəldir. Vətəndaşlar üçün belə bir şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarıq”.

Xatırladaq ki, ölkə başçısının tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət