Axtarış...

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

DİA.AZ ETSN-ə istinadən martın 09-da gözlənilən hava şəraitini təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz. Səhər bəzi yerlərdə zəif duman.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti,

Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.

Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti,

dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək



Şərh yaz