Axtarış...

Biznesmen qızına ər tapmaq üçün müsabiqə keçirəcək - FOTOLAR

Biznesmen qızına ər tapmaq üçün müsabiqə keçirəcək - FOTOLAR

O, gələcək kürəkəninə 314 min dollar pul verəcəyini də bildirib.

Tailandlı biznesmen Arnon Rodtonq 26 yaşlı qızı Karnsita ilə evlənəcək oğlanı seçmək üçün müsabiqə keçirəcəyini elan edib.


"Anadolu" agentliyi xəbər verir ki, o, gələcək kürəkəninə 314 min dollar pul verəcəyini də bildirib:

"Əgər birinin gəlib qızımla evlənməsini gözləsəm, çox vaxt gedəcək. Ona görə də bəyin indidən gəlməsini istəyirəm".

Karnsita isə atasının bu fikrindən məmun olduğunu deyib: "Seçici deyiləm. Tədbirlərə aparıb foto çəkdirə biləcəyim birini axtarıram".

Müsabiqənin hansı formada keçiriləcəyi məlum olmasa da, elandan qısa müddət sonra yüzlərlə kişi biznesmenin qızı ilə evlənmək üçün müraciət edib.

Qeyd edək ki, Arnon Rodtonq Tailandda durian meyvəsinin ticarəti üzrə məşhur biznesmenlerdən hesab edilir.(qafqazinfo.az)

Biznesmen qızına ər tapmaq üçün müsabiqə keçirəcək - FOTOLAR
Biznesmen qızına ər tapmaq üçün müsabiqə keçirəcək - FOTOLAR



Şərh yaz