Axtarış...

Qaradağ rayon Polis idarəsinin sabiq rəis müavini özünü təqsirli bilməyib

Qaradağ rayon Polis idarəsinin sabiq rəis müavini özünü təqsirli bilməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə verməkdə təqsirləndirilən Qaradağ rayon Polis idarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihammısı ittiham aktını elan edib.

Ə.Ağaliyev özünü təqsirli bilmədiyini deyib. O, məhkəmədə şahidlər və zərərçəkmiş şəxs dindiriləndən sonra ifadə verəcəyini söyləyib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş hazırda ölkə xaricindədir.

Prosesdə şahid qismində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları ifadə veriblər.

Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin rəis müavini (polis-polkovniki) vəzifəsində işləyib.


Daha çox xəbər

Şərh yaz