Axtarış...

Azərbaycan velosipedçisi “Kerman Turu”nun növbəti mərhələsini 3-cü pillədə başa vurub

Azərbaycan velosipedçisi “Kerman Turu”nun növbəti mərhələsini 3-cü pillədə başa vurub

İran İslam Respublikasının Kerman şəhərində gənc velosipedçi oğlanlar arasında keçirilən “Kerman Turu”nun üçüncü mərhələsi yığma komandamız üçün uğurlu olub. Belə ki, 60 kilometrlik mərhələni velosipedçimiz Nəcəf Bağırov 3-cü pillədə başa vurub.

AZƏRTAC xəbər verir ki, “Kerman Turu”nun birinci mərhələsində 44 kilometr məsafədə yarışda komandamız 2-ci nəticə göstərib. 98 kilometrdən ibarət 2-ci mərhələdə - Şahin Eyvazovun 4-cü olduğu bu marşrutda komandamızın digər üzvü Əmral Əbdüləzizlinin velosipedi qəza nəticəsində istifadəyə yararsız vəziyyətə düşüb. Amma idmançımız qəza ilə əlaqədar kifayət qədər geri qalmasına rəğmən mübarizəni başqa velosipedlə davam etdirərək yekunda finiş xəttini 11-ci keçib.

Sabah yarışın sonuncu, dördüncü mərhələsində iştirakçılar 114 kilometr məsafə qət edəcəklər. Ümumilikdə “Kerman Turu”nda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir. Milli komandamızın heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarətdir.



Şərh yaz