Axtarış...

Türkiyənin tanınmış kanalı bağlandı

Türkiyənin tanınmış kanalı bağlandı

Türkiyənin ilk özəl kanalı Flash TV yayımını dayandırıb.

Qafqazinfo xəbər verir ki, televiziyada təqdim olunan proqramlar ötən gündən etibarən iki aylıq fasilə verib.

Buna səbəb kanalın 20 illik binasının bələdiyyə əməkdaşları tərəfindən sökülməsidir.

"Uzun müdətdir ki, bina ilə bağlı problemlər yaşayırıq. Məhkəmə qərarını heçə sayırlar. Artıq dözülməz bir haldayıq. Bu səbəbdən kanalın yayımını dayandırırıq. Kanala siyasi basqılar da var. 28 ildir ki, fəaliyyət göstərən kanalımızı zədələmək istəmirik", - deyə kanalın rəhbəri Ömer Ziya Göktuğ bildirib.



Şərh yaz