Axtarış...

Qardaşı oğlu icra başçısının kreslosunu "ələ keçirdi" - FOTOFAKT

Qardaşı oğlu icra başçısının kreslosunu "ələ keçirdi" - FOTOFAKT

Adı tez-tez mətbuatda qalmaqallı xəbərlərlə hallanan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yenidən gündəmə gəlib.

Amma bu dəfə hansısa qanunsuz əməli ilə yox, kreslosu ilə diqqət mərkəzindədir.

Belə ki, başçının xidməti otağındakı kreslosu onun qardaşı oğlu və sürücüsü Toğrul Səlim oğlu Səlimzadə tərəfindən sözün əsl mənasında işğal olunub. Ərköyün qardaş oğlu dövlət məmurununun kreslosundan müxtəlif pozalarda şəkil çəkdirərək, özünü icra başçısı kimi aparır. Görünür bu səlahiyyəti ona rayonu "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə idarə edən, Göyçayı şəxsi mülkünə çevirən sevimli əmisi verib.

Millitv.az veteninfo.com-a istinadən sözügedən fotoları təqdim edir.

Qardaşı oğlu icra başçısının kreslosunu "ələ keçirdi" - FOTOFAKT



Şərh yaz