Axtarış...

AFFA "Sabah" və "Səbail"i cərimələdi

AFFA "Sabah" və "Səbail"i cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Premyer Liqanın 18-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan Premyer Liqasının XVIII turunun "Sabah" - "Qarabağ" matçında meydan sahibi komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVIII turunun "Sabah" - "Qarabağ" matçında meydan sahibi komandanın futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Səbail" matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.



Şərh yaz