"Məzarın üstündə araq süzüb, içdim" — Qəbiristanlıqda bibisini öldürən şəxs

"Məzarın üstündə araq süzüb, içdim" — Qəbiristanlıqda bibisini öldürən şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Millitv.Az" trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan olunub. İfadədə göstərilib ki, hadisədən əvvəl həmyerlisi Ramin adlı şəxsdən onu Qubanın Slaboda qəsəbəsinin qəbiristanlığına aparmasını istəyib:

“Raminin maşını ilə gedəndə ondan yolüstü mağazada saxlamasını xahiş etdim. Mağazadan araq aldım. Ramin məni qəbiristanlığa düşürüb qayıtdı. Yeni rəhmətə getmiş qardaşımın məzarının üzərində araq süzüb, içdim. Sonra Raminə zəng elədim, gəlib məni apardı”.

Təqsirləndirilən şəxs deyib ki, o növbəti dəfə də qardaşının qəbrinin üstündə araq içib bibisigilə gəlib: "Çünki bibim də rəhmətə getmiş yaxınlarını yad etmək istəyirdi. Bibimi evdən götürüb, qəbiristanlığa apardım. Qardaşımın məzarının yanında olan zaman halım pisləşdi, özümdə olmadım, yerə yıxıldım. Bir də ayıldım ki, başımın üzərində polislər dayanıb. Bibim Şuşan da yerdə qan içərisində uzanıb. Onun üzərində olan paltarları cırıq-cırıq idi. Sonra polislər məni həbs etdi”.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, cinayət işində rəy vermiş Məhkəmə -Tibbi Ekspertizanın ekpertinin məhkəməyə dəvət edilməsini istəyib.


Vəsatət təmin olunub.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb. Quba rayon Polis şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət