Axtarış...

Ölkənin qızıl-gümüş bazarı həftəyə bahalaşma ilə başladı

Ölkənin qızıl-gümüş bazarı həftəyə bahalaşma ilə başladı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Millitv.Az Trend-ə istinadən bildirir ki, fevralın 25-də qızılın qiyməti fevralın 22-i ilə müqayisədə 10,7355 manat artaraq 1 unsiya üçün 2262,5895 manat təşkil edib.

Gümüş 0,2537 manat bahalaşaraq 1 unsiya üçün 27,1554 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 39,423 manat artaraq 1444,082 manat, palladiumun qiyməti isə 46,563 manat artaraq 2555,78 manat təşkil edib.


Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.



Şərh yaz