Axtarış...

"Həmin fotomuz "Palıdlı sahil"də çəkilib" — Xanım direktordan Hadi Rəcəbli barədə iddialara CAVAB

"Həmin fotomuz "Palıdlı sahil"də çəkilib" — Xanım direktordan Hadi Rəcəbli barədə iddialara CAVAB
"Şəffaf İdarəçilik" İctimai Birliyinin nin şimal bölgəsinin rəhbəri Amil Hüseynov "Ölkə.Az"ın redaksiyasına müraciət edərək, Siyəzəndəki 6 saylı məktəb liseyin direktorundan şikayətçi olduğunu bildirib. Şikayətçi məktubunda qeyd edir ki, məktəbin direktoru Yeganə Əliyeva bütün məktəb kollektivini narazı salıb:

"İşə çıxmayan müəllimlərin adları iş yerində gedir. Dərs saatları müəllimlərə satılır.Fond pulu adi ilə hər ay müəllimlərdən 50 azn pul tələb edir. Bundan əlavə rus sektorunda dərnək olsada, Azərbaycan sektorunda dərnək yoxdur. bununlada xeyli dövlət vəsaiti mənimsənilir. Mənim nümayəndəsi olduğum şəxsi sabiq təsərrüfat üzrə direktor müavini Əhmədov Şamil Rüstəm oğlunu qanunsuz işdən azad edib. Məhkəməyə saxta protokol verib. Hal-hazırda Sumqayıt l məhkəməsində ona qarşı CM-nin 320.1 maddəsi ilə cinayət işi açılıb. Yeganə Əliyeva hər yerdə Deputat Hadı Rəcəbli ilə olan şəklini göstərərək,"qohumum olan bu kişi məni müdafiə edir"-deyir".

Səsləndirilən ittihamlarla bağlı əməkdaşımız Yeganə Əliyeva ilə əlaqə saxlayıb. A.Hüseynovun ittihamlarını qəbul etməyən Y.Əliyeva bildirib:

"Bu məktəbin doqquz ildə qazandığı uğurlardan yazan yoxdur. Amma indi kimsə ortaya düşüb, məktəbi biabır etmək istəyir. Şamil Əhmədovun təsərrüfat müdiri vəzifəsindən çıxarılması mənim yox, nazirin qərarıdır. Əvvəl orta təhsilli insanın bu vəzifəni tutmasına icazə verilirdi, amma indi direktor müavini statusunu daşıyan insanın orta təhsilli olmasına icazə verilmir. Təlimat gəldi ki, ali təhsili olmayanlar işindən azad olunsun. Şamil Əhmədovu regional idarə işindən azad edilib. İndi də apellyasiya şikayəti veriblər. Nazirliyin təlimatı varsa, mən kiməm ki? Fondpulu barədə deyilənlər də cəfəngiyyatdır. Çox istərdim ki, özünüz vəziyyətlə yerində tanış olasınız".

Xanım direktor Hadi Rəcəblinin adından istifadə etməsi barədə iddialara da cavab verib. Y.Əliyeva deyib ki, H.Rəcəblinin qızı onun əmisi oğlunun həyat yoldaşıdır:

"Hadi Rəcəbli bizim qudamızdır, əmim oğlunun qayınatasıdır. Biz də yayda onun "Palıdlı sahil" istirahət mərkəzinə olduq, şəkillər çəkdirdik. Hadi əminin fotosunu statusda paylaşmışam, həmin fotonu da ordan götürüb kəsiblər, paylaşıblar. Hadi əmi də buna görə əsəbləşmişdi.


Daha çox xəbər

Şərh yaz