Axtarış...

Kamil pulsuz məşq etmək istəyənlərin başına oyun açdı - VİDEO

Kamil pulsuz məşq etmək istəyənlərin başına oyun açdı - VİDEO

Onun bu açıqlaması hər kəsi güldürüb.

ATV-də yayımlanan "Ulduzlu yayım" verilişi bu dəfə idmançı Kamil Zeynallının evində olub.

AzNews.az xəbər verir ki, idmançı hər kəsi güldürən açıqlamalar verib. Əvvəlcə idman zalına bəzənib, qızıl taxıb gələn qızlardan danışan Kamil daha sonra pulsuz məşq etmək istəyənlərdən danışıb:

"Dostlarım deyirdilər ki, gəlib məşq edəcəyik. Mən də dedim, gəlin. Onlara elə idman hərəkətləri etdirdim ki, bir daha məşqə gələ bilmədilər. Təsəvvür edin, bir ildən sonra ediləcək idman hərəkətlərini ilk günkü proqrama daxil etdim".

Onun bu açıqlaması hər kəsi güldürüb.



Şərh yaz