Axtarış...

Xalq artistindən illər sonra etiraf: “Qarşımda şərt kəsdi ki…”

Xalq artistindən illər sonra etiraf: “Qarşımda şərt kəsdi ki…”

Xalq artisti Gülyanaq Məmmədova qalmaqallardan hər zaman uzaq olduğunu deyib.

Yenicag.az-a açıqlama verən sənətçi illər öncə ustadının onun qarşısında şərt kəsdiyini xatırladıb:

“Ustadım, mərhum sənətkar Kamil Vəzirov illər əvvəl Gülyazla mənim qarşımda şərt kəsdi ki, hər zaman qalmaqallardan uzaq olacaqsınız, başınızı aşağı salıb, sənətinizlə məşğul olacaqsınız. Sənətə yeni gəldiyimiz vaxtlarda səhvlərimiz olub. Kimsə nəsə deyib, cavab vermişik. Çünki hər kəsin səhvləri olur. Amma zaman keçəndən sonra qalmaqallardan uzaq olmuşuq. Kimsə qızışdırıb, amma susmuşuq. Sənət olan yerdə qalmaqala nə ehtiyac var axı. İstəmirəm, illərlə qazandığım hörməti bir anın içində yerə vurum. Bizə xalq baxır, dəyər verir. Bu sevginin qarşılığını verməliyik”



Şərh yaz