Axtarış...

Azərbaycanda dəhşətli cinayət — Dayı bacısı qızını qaçıran oğlanın bogazını kəsdi

Azərbaycanda dəhşətli cinayət — Dayı bacısı qızını qaçıran oğlanın bogazını kəsdi

Gəncə Ağır Cinayətlər Məhkəməsi qətl hadisəsi törətməkdə təqsirləndirilən Bahadur Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Ölkə.Az" bildirir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçıraraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu A.İsayevin boğazını kəsərək qətlə yetirib.


Daha çox xəbər

Şərh yaz