Axtarış...

Çingiz Abdullayevlə görüş

Çingiz Abdullayevlə görüş
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçiriləcək.

Open.az xəbər verir ki, zəmanəmizin qəhrəmanı adlanan yaradıcılıq görüşü martın 30-da Opera studiyasında təşkil ediləcək .

Görüşdə yazıçının dostları, həmkarları iştirak edəcək. Çingiz Abdullayev yaradıcılıq planlarından söz açacaq, qonaqları maraqlandıran sualları cavablandıracaq.

Qeyd edək ki, 2019-cu il Çingiz Abdullayev üçün əlamətdardır. Xalq yazıçısı aprelin 7-də 60 illik yubileyini qeyd edəcək.



Şərh yaz