Axtarış...

Azərbaycan əczaçılıq məhsullarının idxalını 13% artırıb

Azərbaycan əczaçılıq məhsullarının idxalını 13% artırıb

Bu ilin yanvar ayında Azərbaycan 18,465 mln. ABŞ dolları dəyərində 955 ton əczaçılıq məhsulu idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,404 mln. dollar (41,4%) və 110 ton (13,1%) çoxdur.

Ötən ay əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 1,8%-ni təşkil edib.



Şərh yaz