Axtarış...

Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlandı

Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlandı

Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir.

Millitv.Az report-a istinadən xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin antiterror mərkəzinin rəhbəri Andrey Novikov müşavirədə deyib.

O, fevralın 19-da MDB-yə üzv ölkələrin Antiterror mərkəzlərinin rəhbərlərinin müşavirəsində bildirib: "Tərəfdarlarımızın qənaətincə, təkcə Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir. Biz onların ideoloji və siyasi cəhətdən birmənalı olmadığını, maraqlarının ziddiyyətli məqamlarını, habelə ümumi mütəşəkkil cinayətkarlıqla əlaqələrini tamamilə dəyərləndirə bilərik".

A.Novikov vurğulayıb ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanları Suriya-İraq, Əfqanıstan-Pakistan zonalarında vəziyyətin mürəkkəb olduğunu bildirirlər.

Qeyd edək ki, müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər.


Daha çox xəbər

Şərh yaz