Axtarış...

Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib

Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib

Tiflis tanınmayan “respublika”nın yarışlarda təmsilçiliyinə niyə imkan verib?


Gürcüstanda keçirilən Uşu beynəlxalq turnirində Rusiya, Türkiyə idmançıları ilə yanaşı, Azərbaycanmın işğal edilmiş torpaqlarında yaradılan qondarma “Qarabağ Respublikası”nın idmançıları da iştirak edib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ictimaiyyətə qondarma rejimin Uşu federasiyasının baş məşqçisi Davit Qriqoryan məlumat verib. O qeyd edib ki, idmançıların Gürcüstandakı yarışda iştirakı qondarma “respublika”nın Elm, təhsil və idman nazirliyinin dəstəyi ilə gerçəkləşib. 8-11 fevral tarixində Tiflisdə keçirilən yarışlarda Qarabağdan 12 erməni idmançısı iştirak edib.

D.Qriqoryan idmançıların bundan öncə Moskvada keçirilən yarışlarda da iştirak etdiyini və uğurlar qazandığını bildirib.

Məlumat üçün qeyd edək ki, Qarabağdakı qondarma rejim müstəqil dövlət kimi dünya tərəfindən tanınmadığına baxmayaraq, zaman-zaman bu kimi tədbirlərdə iştirak etməyə cəhd edib. Gürcüstanla bağlı baş verənlər isə daha çox bu sualı aktuallaşdırır: Tiflis tanınmayan “respublika”nın bu yarışlarda iştirakına niyə imkan verib?


Daha çox xəbər

Şərh yaz