Axtarış...

Kanallar niyə Röyanı çəkməyə gəlmədi?

Kanallar niyə Röyanı çəkməyə gəlmədi?

Xəbər verdiyimiz kimi, əməkdar artistlər Röya Ayxan və Miri Yusif klublardan birində konsert verib.

Millitv.Az axşam.az-a istinadən bildirir ki, səhnəyə ilk olaraq Röya çıxıb. Amma müğənni kulisdə əvvəlcə media nümayəndələrinin suallarını cavablandırıb.

Maraqlısı isə odur ki, gecədə Röyanı çəkməyə heç bir telekanal gəlməyib. ARB, İTV, "MTV Azərbaycan", "Xəzər" və ATV kanalları konsertə dəvət edilsələr də, gecədə görünməyiblər.

Əldə etdiyimiz məlumata görə, ATV-də "qara siyahı"ya salınmasa da, müğənni kanalın yeganə maqazin verilişi "ATV maqazin onlarla" proqramında qadağadadır. Belə ki, artıq 1 ildən çoxdur verilişdə Röya ilə bağlı heç bir süjet yayımlanmır. Buna səbəb türkiyəli rejissor Nihad Odabaşı Röyaya klip çəkmək üçün Bakıya gələndə verilişin əməkdaşlarının ondan müsahibə almağa getməməsi olub.

Röya proqramın əməkdaşlarından incidiyini deyib, aparıcı Afaq Gəncəli isə onlara dəvət gəlmədiyini açıqlayıb. Daha sonra isə R.Ayxan "Hit parad" rubrikasında mahnılarının müzakirə edilməsinə əsəbiləşib. Afaq isə həmin mübahisədən sonra verilişində ifaçıya qadağa qoyub.



Şərh yaz