Axtarış...

Putin Paşinyanın qarşısına Azərbaycanla bağlı elə şərt qoydu ki... - Ermənistan ayağa qalxdı

Putin Paşinyanın qarşısına Azərbaycanla bağlı elə şərt qoydu ki... - Ermənistan ayağa qalxdı
Ermənistanın Suriyaya humanitar yardım göndərməsi ölkə ictimaiyyətində və mətbuatda, həmçinin sosial mediada təşviş yaradıb.

Publika.az xəbər verir ki, Ermənistan xalqını maraqlandıran məsələ ölkənin birdən-birə Suriyadakı hadisələrə qarışmasıdır.

Məsələ ətrafında geniş müzakirə və mübahisələr aparılıb. İddiaya görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu vasitə ilə Rusiyanın etibarını yenidən qazanmağa çalışır və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına daxil olmasının qarşısını almaq istəyir.

Başqa bir iddiaya görə, Paşinyan Moskvaya səfər edərkən Vladimir Putin ona Suriyaya humanitar yardım göndərməsi ilə bağlı tapşırıq verib. Putin Paşinyana açıq şəkildə bildirib ki, o, Azərbaycanın KTMT-yə üzv olmasına qarşı deyil. Lakin alternativ olaraq Paşinyana daha bir şans tanıyıb və ona bu tapşırığı verib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi Suriyaya 83 erməni mütəxəssisindən ibarət humanitar missiya göndərib.



Şərh yaz