Axtarış...

Ramil Usubovdan yeni təyinat - ƏMR

Ramil Usubovdan yeni təyinat - ƏMR
Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.

O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib.

O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.(oxu.az)



Şərh yaz