Axtarış...

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb - CƏDVƏL

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb - CƏDVƏL

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Tədbir Tarix (2019‑cu il)
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu
Ərizə qəbulu 1 - 11 fevral
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 15 - 23 fevral
QƏBUL İMTAHANI – 1-ci mərhələ 24 fevral
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 16 - 25 aprel
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 1 - 3 may
Proqram seçimi 26 aprel - 7 may
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20 - 25 may
QƏBUL İMTAHANI – 2-ci mərhələ 26 may
68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 29 - 31 may
AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat 6 - 9 iyun
AMEA magistraturasına qəbul olmaq üçün müsahibə 11 - 13 iyun
İxtisaslaşma seçimi 7 - 18 iyun
Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 27 iyun – 10 iyul
Boş qalan yerlərə ixtisas seçimi 23 - 30 iyul
Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 15 - 23 avqust
Sınaq imtahanı (qəbul imtahanının I mərhələsi üzrə) 3 fevral
Rezidenturaya qəbul
Ərizə qəbulu 14 - 21 fevral
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 1 - 6 aprel
QƏBUL İMTAHANI – 1-ci mərhələ 7 aprel
I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 3 - 10 iyun
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 10 - 13 iyul
QƏBUL İMTAHANI – 2-ci mərhələ 14 iyul
İxtisas seçimi 16 - 22 iyul
Qəbul olan namizədlərin qeydiyyatı 29 iyul - 2 avqust
Boş qalan yerlərə ixtisas seçimi 5 - 6 avqust
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı 8 - 9 avqust
Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə) 16 mart
Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə) 11 - 16 mart
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələri üçün)
1-ci imtahan 5 may
1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 8 - 14 may
8 - 14 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan 26 may
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı 10 fevral
Ərizə qəbulu (I – V qruplar) 15 mart - 15 aprel
QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün) və V qrup üzrə 28 aprel
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) 12 may
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) 19 may
Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 30 may - 12 iyun
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) 30 iyun
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) 7 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24-28 iyun
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun - 3 iyul
I qrup üzrə 12 - 17 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 - 7 iyul
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 7 iyul - 2 avqust
I qrup üzrə 22 - 26 iyul
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı 20 - 24 iyul
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 27 iyul - 2 avqust
Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 22 - 25 iyul
Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 1 avqust
İxtisas seçimi (I – IV qrup) 24 iyul - 6 avqust
İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) 24 iyul – 6 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 - 27 avqust
Boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust - 2 sentyabr
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı 14 iyul
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu
Ərizə qəbulu 22 fevral - 11 mart
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) 31 mart
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) 23 iyun
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 8 - 16 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 18 - 22 iyul
İxtisas seçimi 24 iyul - 5 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 8 - 23 avqust
Boş qalan yerlərə ixtisas seçimi 27 avqust - 2 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 4 - 11 sentyabr
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu
Ərizə qəbulu 15 mart - 15 aprel
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) 28 aprel
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 24 iyun - 3 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 12 - 17 iyul
İxtisas seçimi 15 - 19 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 - 29 avqust
Boş qalan yerlərə ixtisas seçimi 30 avqust - 4 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 6 - 11 sentyabr
Buraxılış imtahanları
İlk peşə-ixtisas təhsili müəssisələri 17 fevral
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı 18 fevral
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 3 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 10 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 17 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 31 mart
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 5 may
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 2 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 9 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 16 iyun
Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 23 iyun
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət 7 aprel
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət 14 aprel
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət 21 aprel
Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 28 aprel
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 5 may
Dövlət qulluğuna qəbul
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar 27 yanvar, 17 fevral, 17 mart, 21 aprel, 5 may, 23 iyun, 21 iyul, 18 avqust, 29 sentyabr, 27 oktyabr, 24 noyabr, 22 dekabr
Elektron sınaq imtahanları


Daha çox xəbər

Şərh yaz