Axtarış...

“Nazirlər Kabineti Prezidentin göstərişini 14 ildir icra etmir”

“Nazirlər Kabineti Prezidentin göstərişini 14 ildir icra etmir”

Qubad İbadoğlu: "Dövlət məmurlarının gəlirlərinin və əmlakının byannaməsinə dair qanun tətbiq edilməıdiyi halda korrupsiya ilə mübarizənin effektindən danışmağa dəymir”.

"Dövlət məmurlarının gəlirlərinin və əmlakının byannaməsinə dair qanun əksər ölkələrdə, xüsusilə də Azərbaycandan Qərbə doğru irəlilədikcə, Gürcüstanda, Moldovada, Ukraynada işləyir. Qanunun əsas funksiyası ölkədə korrupsiyaya qarşı mübarizədir”.

Bunu Bizimyol.info saytına açıqlamasında iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

O bildirir ki, həmin ölkələrdə və bütövlükdə götürəndə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulan digər dövlətlərdə həm də mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı təşəbbüslər həyata keçirilməkdədir.

"Təəssüflər olsun ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxıb, mülkiyyət sahibliyinin açıqlanması ilə bağlıphdəlikləri yerinə yetirməkdən imtina edib. Hələ Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə üzv olanda mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı "yol xəritəsi” hazırlanmışdı. O "yol xəritəsi”nin də fəaliyyəti də Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxandan sonra dayandırılmışdı. Hazırda bununla bağlı hər hansı bir iş getmir. Sadəcə təhqiqat xarakterli fəaliyyətlər var. Hesab edirəm ki, bu gün Azərbaycanda mövcud olan mülkiyyətdən də kimlərin faydalanması ilə bağlı hökumət hesabat verməlidir, açıqlamalar olmalıdır. Bu istiqamətdə də elə bir irəliləyiş yoxdur. Belə olan halda korrupsiya ilə mübarizənin effektindən danışmağa dəymir”.

"Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” Qanunun Azərbaycanda mövcud olmasına rəğmən, tətbiq edilməməsinin səbəbinə gəlincə, Q.İbadoğlu bildirir ki, bunun üçün siyasi iradə olmalıdır:

"2005-ci ildə qəbul olunmasına baxmayaraq qanun hələ də işləmir. Bunu onunla izah edirlər ki, qanunun tələblərindən irəli gələrək, Nazirlər Kabineti onun tətbiqi ilə bağlı mexanizm hazırlamalı idi. Bununla əlaqədar olaraq, Prezident Nazirlər Kabinetinə 3 ay vaxt ayırmışdı. Təəssüflər olsun ki, 14 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Nazirlər Kabineti o 3 aylıq vəzifəsinin öhdəsindən gələ bilməyib. O hazırlanacaq formanın olmamamsı səbəbindən qanun hal hazırda işləmir.

Əslində, biz o formanı özümüz də hazərlamışıq və Nazirlər Kabinetinə təqdim etmişik. Bu, bir daha onu deməyə əsas verir ki, ümumiyyətlə, bu qanunun tətbiqi ilə bağlı siyasi iradə, siyasi göstəriş yoxdur”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən bizimyol.info saytına bildirilib ki, bu sənədin hazırlanıb-hazırlanmaması ilə bağlı mətbuat xidmətinə heç bir məlumat daxil olmayıb.


Daha çox xəbər

Şərh yaz