Axtarış...

Makedoniya NATO-ya qoşulur — Protokol imzalandı

Makedoniya NATO-ya qoşulur — Protokol imzalandı

Belçikanın paytaxtı Brüsseldə Makedoniyanın NATO-ya üzv olmasını ehtiva edən sənəd imzalanıb.
“Ölkə.Az” xəbər verir ki, NATO-nun mənzil qərargahında keçirilən tədbirdə sənədi Makedoniyanın XİN rəhbəri Nikola Dimitrov imzalayıb. Tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq və 29 müttəfiq dövlətin daimi nümayəndəsi iştirak edib. Stoltenberq sənədi imzalayan qələmi Dimitrova hədiyyə edib.
Makedoniyanın üzvlüyə başlaması üçün sənədin üzv ölkələrin parlamentlərində təsdiqlənməsi və bəzi rəsmi prosedurların başa çatması lazımdır. Bu müddət ərzində Makedoniya NATO iclaslarında qonaq kimi iştirak edəcək.



Şərh yaz