Axtarış...

Ürəkdə mitral qapaq çatışmazlığı nədir – Necə aşkar olunur?

Ürəkdə mitral qapaq çatışmazlığı nədir – Necə aşkar olunur?

Mitral qapaq çatışmazlığı uşaq və yeniyetmələrdə, gənclərdə çox diaqnoz olunan ürək qüsurudur.
Ürəyin ikitaylı qapaqlarının iltihabi proseslər- revmatizm, qırmızı qurd eşənəyi, skledomermiya, atterit kimi xəstəliklərlə zədələnməsi nəticəsində meydana çıxır.
Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyinin görülməsidir.
Bu xəstəlik anadangəlmə və sonradan qazanılmış olur. Kiçik yaşlı uşaqlarda da rast gəlindiyi üçün uşaqlar mütəmadi kardioloq və EXO müayinəsindən keçməlidir.
Elmed Tibb Mərkəzinin EXO müayinə mütəxəssisi Aytən Musayeva bu aparatla müayinədə mitral qapaq çatışmazlığı diaqnozunun daha asan qoyulduğunu bildirdi.
Əgər uşaq və yeniyetmələr tez-tez ağır infeksion iltihabi xəstəliklər keçiribsə, döş qəfəsində əməliyyat olubsa, revmatoid artrit və revmatizmi varsa, ilk növbədə ürək nəzarətdə saxlanmalı və mitral qapaq çatışmazlığına yol verilməməlidir.
Mirtal qapaq çatışmazlığının səbəbləri nə görə bu növlərə bölünür:
- Revmatik mitral – revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır
- İşemik mitral – ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində
- Nisbi mitral çatışmazlıq – sol mədəciyin böyüməsi, qapaq həlqəsinin genişlənməsi nəticəsində
- İnfeksion və qeyri-infeksion endokardit nəticəsində
Əlanətləri bunlardır:
- Təngnəfəslik
- Tez yorulma
- Ürəkdə çırpıntının çoxalması
- Süstlük, halsızlıq
- Ayaqlarda şişkinlik
Müalicəsi başlanğıcda və inkişaf dərəcəsindən asılı olaraq müasir dərman müalicəsi ilə aparılır. Ağır hallarda ürəkdə cərrahi əməliyyatla qapaq dəyişilir.


Daha çox xəbər

Şərh yaz