Axtarış...

Xırdalanda ev yandı: ölən var

Xırdalanda ev yandı: ölən var


Abşeron rayonu Xırdalan şəhərində ev yanıb.

Bu barədə Millitv.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviç yanaraq ölüb.

Hadisə zamanı ümumi sahəsi 37 m² olan birmərtəbəli, ikiotaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı K.K.Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. K.Kuzmovun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Şərh yaz