Axtarış...

İranda yeni səhiyyə naziri təyin olunub

İranda yeni səhiyyə naziri təyin olunub

İran Prezidenti Həsən Ruhani tərəfindən səhiyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən və parlamentdə təsdiq olunan Səid Nəməki ölkənin yeni səhiyyə naziri təyin edilib.

AZƏRTAC IRNA informasiya agentliyinə istinadla xəbər verir ki, Prezident Ruhaninin də iştirak etdiyi parlamentin fevralın 4-də keçirilən iclasında deputatlar lehinə 229 səs və əleyhinə 25 səs olmaqla Səid Nəməkinin səhiyyə naziri vəzifəsinə namizədliyini təsdiq ediblər.

Yeni nazir bu vəzifədə yanvar ayında büdcə kəsintisi səbəbindən istefa verən sələfi Həsən Qazizadə Həşimini əvəz edib. İranın mərkəzindəki Kaşan şəhərində anadan olan Nəməki ixtisasca əczaçıdır. O, Tehrandakı Şəhid Beheşti Universitetinin tibb fakültəsinin əməkdaşı, səhiyyə nazirinin müavini və İranın Ətraf Mühitin Mühafizəsi Departamenti sədrinin müavini vəzifələrində işləyib.



Şərh yaz