Axtarış...

Bağdad Trampın İranı “güdməsinə” icazə vermədi

Bağdad Trampın İranı “güdməsinə” icazə vermədi

İraq mərkəzi hökuməti ABŞ prezidenti Donald Trampa öz ərazisindən İranı izləməsinə icazə verməyib.

“Reuters”in məlumatına görə, bu barədə İraq lideri Bərham Saleh açıqlama bəyanat verib.

Saleh bildirib ki, amerikalı hərbçilərin ölkədə iştirakı terrorla mübarizəni nəzərdə tutan beynəlxalq sazişin bir hissəsidir və Tramp başqa bir ölkəni güdmək üçün İraqdan icazə almayıb.

İraq liderinin bu reaksiyasına Ağ Ev rəhbərinin daha əvvəl verdiyi açıqlama səbəb olub. Belə ki, Tramp İraqdakı hərbi bazanın köməyi ilə “İrandandan göz-qulaq olacaqlarını, belə ki, İranın daima problemlər yaratdığını” dilə gətirmişdi.

“CBS News” kanalına verdiyi müsahibədə İraq bazasından İrana heç bir zərbə endirmək fikrində olmadığını, sadəcə, oradan Tehranı diqqət mərkəzində saxlayacaqlarını bildirib.



Şərh yaz