Axtarış...

"Söymə şah atamı, söyməyim nökər atanı"

"Söymə şah atamı, söyməyim nökər atanı"

Müğənni Mətanət Əsədova ilə aparıcı Sərxan Kərəmoğlu arasında yaranan gərginlik artmağa başlayıb.

Millitv.az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı tərəfindən məhkəməyə verilən sənətçi "Hər şey daxil" proqramına telefonla bağlanaraq Sərxan barədə açıqlama verib.

Mətanət canlı efirdə qonaq olan Sərxana müraciət edərək birinci onun təhqiredici sözlərdən istifadə etdiyini bildirib: "Bu insanın aparıcılıq etdiyi verilişə gəlməli idim, alınmadı. Həmin dövrdə evimdə söz-söhbət var idi. Tolik, onun yox, sənin verilişinə gəldiyim üçün instaqramda tamam başqa fikirlər yazdı. Mən onu yox, o məni təhqir etdi. Çıxıb efirdə ağzına gələni danışdı.

Hətta əlini çevirib mənə dedi ki, "kül sənin başına". Mənə nə deyibsə, cavabını da alıb. Fikir verirəm, yenə dilinə sahib çıxmır, mənə sözlər atır. Dillənmirəm, kənara çəkilib izləyirəm. Belə bir məsəl var- "Söymə şah atamı, söyməyim nökər atanı". İndi də eşidirəm ki, məni məhkəməyə verib".

Qeyd edək ki, Sərxan Mətanət Əsədovanı sosial şəbəkədə kişi məclisində içki içən yerdə çəkilən videosuna görə tənqid edib. Onlar arasında dava bundan sonra başlayıb.



Şərh yaz