Axtarış...

Rusiyadan Türkiyəyə gözlənilməz təklif

Rusiyadan Türkiyəyə gözlənilməz təklif

Rusiya tərəfi Ankaraya Suriyanın İdlib əyalətində “Həyat Təhrir aş-Şam” terror qruplaşmasına qarşı birgə əməliyyat keçirməyi təklif edib.

Millitv.Az xəbər verir ki, bunu “Hürriyet”ə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ruslar bizə birgə əməliyyat təklif edirlər. Deyirlər ki, oradan terrorçuları qovmalıyıq. İdliblə bağlı əsas məsələ “Həyat Təhrir aş-Şam”ın terrorçularının ərazini tərk etdikdən sonra hara gedəcəkləridir”, - deyə o vurğulayıb.

Çavuşoğlu bildirib ki, Ankara Fırat çayının şərqində yerləşən rayonların Suriya ordusunun nəzarətinə keçməsinin əleyhinədir. Çünki bu cür ssenari Türkiyənin təhlükəsizliyi üçün təhdiddir:

“Ona görə ki, YPG terrorçuları hamı ilə, o cümlədən rejimlə əməkdaşlığa hazırdır. ABŞ da istəmir ki, bu rayonlar Əsəd ordusunun nəzarətinə keçsin. Amerikalılar deyirlər ki, rejimin mövcudluğu o deməkdir ki, orada iranlılar da olacaq”.


Daha çox xəbər

Şərh yaz