Axtarış...

"Belarus hərbi-sənaye kompleksi üçün Azərbaycan Ermənistandan daha vacibdir"

"Belarus hərbi-sənaye kompleksi üçün Azərbaycan Ermənistandan daha vacibdir"

“Aleksandr Lukaşenkonun, inqilab nəticəsində hakimiyyətə gələn Ermənistanın yeni baş naziri Nikol Paşinyana olan antipariyasını qeyd etmək lazımdır. Bundan başqa, hərbi-texnoloji əməkdaşlıq proqramlarını maliyyələşdirmək üçün Azərbaycanın Belarusa göstərdiyi vasitələr Ermənistanda mövcud deyil. Buna görə Belarus rəhbərliyinin Azərbaycan tərəfinə üstünlük verməsi açıq aydın görünür”.

Millitv.az Ordu.az-a istinadən belaruslu hərbi ekspert Raman Kavalçukla eksklüziv müsahibəni təqdim edir:


- Bakı ilə Minsk arasında mövcud hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti ən yüksək səviyyədədir. Bunu Belarusun son istehsal etdiyi silah və texniki avadanlıqların Azərbaycana gətirilməsi də sübut edir. Azərbaycana Çin texnoloji inkişafı əsasında yaradılan "Polonez" yaylım atəşli reaktiv sistemlərinin çatdırılması da böyük əhəmiyyət kəsb edir.

- Belarus hərbi sənaye kompleksinin hansı perspektivli inkişafları Azərbaycanı maraqlandıra bilər?


- Azərbaycan bir neçə ildir ki, Belarusun hərbi-sənaye kompleksinin silahlarının təkmilləşdirilməsində və perspektivli inkişafların maliyyələşdirilməsində iştirak edir. Bu layihələrdən biri orta mənzilli zenit raket kompleksinin yaradılması üzərində aparılan işlərdən ibarətdir. Həyata keçirilən əməkdaşlıq nümunəsi kimi, "Osa" zenit raket sisteminin və bu qurğular üçün nəzərdə tutulan döyüş sursatlarının birgə modernləşdirilməsini göstərmək olar.

Belarusda yüksək səviyyədə optik qurğular və xüsusilə yeni tank əleyhinə raket komplekslərin istehsalında istifadə edilən, maneələrdən qorunan lazer idarəetmə sistemləri istehsal olunur. Bu məhsullar Minskdə "Pelenq" ASC tərəfindən istehsal olunur.

Bu müəssisənin son inkişafları arasında, taktiki və texniki xüsusiyyətlərinə görə əvvəllər Ukrayna ilə əməkdaşlıq edən belaruslu mütəxəssislər tərəfindən yaradılan oxşar "Skif"dən üstün "Şerşen" tank əleyhinə raket kompleksləridir.

- Bu yaxınlarda Türkiyənin Müdafiə naziri Hulusi Akar Belarusa səfər edib. Minskə səfəri zamanı onu Belarus Prezidenti və Müdafiə naziri qəbul edib. Bundan əlavə, Belarusdakı görüşlər çərçivəsində Hulusi Akar, Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb və Minskin bəzi müdafiə müəssisələrini ziyarət edib. Sizin fikrinizcə, Belarusu Türkiyənin hərbi-sənaye kompleksində və əksinə, Türkiyəni Belarusun hərbi-sənaye kompleksində nə maraqlandıra bilər?


- Türkiyədə raket istehsalı yüksək səviyyədədir. Buna baxmayaraq, Belarus Türkiyənin hərbi sənaye kompleksinə optik cihazların, lazerlə idarə olunan sistemlərin və maşınqayırmanın təkmilləşdirilməsində maraqlıdır. Bu vəziyyətdə, Belarus mühəndislərinin hazıladıqları məhsulların Türkiyədə birgə istehsalına dair danışıqlar aparılır. Hər iki ölkənin rəhbərliyi arasındakı münasibətlər hərbi sahədə əməkdaşlığın inkişafına kömək edir.

- Belarus, Azərbaycanla yaxın hərbi-texniki əməkdaşlığa görə, tez-tez İrəvan tərəfindən tənqid olunur. Bu tənqidə Belarusda necə yanaşırlar?

- Aleksandr Lukaşenkonun, inqilab nəticəsində hakimiyyətə gələn Ermənistanın yeni baş naziri Nikol Paşinyana olan antipariyasını qeyd etmək lazımdır. Bundan başqa, hərbi-texnoloji əməkdaşlıq proqramlarını maliyyələşdirmək üçün Azərbaycanın Belarusa göstərdiyi vasitələr Ermənistanda mövcud deyil. Buna görə Belarus rəhbərliyinin Azərbaycan tərəfinə üstünlük verməsi açıq aydın görünür.


- KTMT Baş katibinin vəzifəsi üçün Belarusu, Ermənistanla rəqabətdə qələbə münasibəti ilə təbrik etmək olarmı?

- Mənim fikrimcə, bu, rəqabət nə Belarus, nə də Ermənistan üçün böyük əhəmiyyət daşımır. KTMT imkanları və müttəfiq ölkələr arasında əməkdaşlığın real potensialı baxımından NATO ilə müqayisə edilə bilməz. Bu Belarus və Ermənistan liderləri tərəfindən eyni dərəcədə başa düşülür. Burada Rusiyadan əlavə dəstək almaq üçün rəqabət aparmaq üçün heç bir səbəb yoxdur. Belə problemlər ikitərəfli münasibətlər səviyyəsində həll olunur və postsovet məkanındakı beynəlxalq siyasətdə KTMT-nin mahiyətnin artırılması üçün heç bir şərt mövcud deyil.


Daha çox xəbər

Şərh yaz