2 şəhid anasından əsl vətənpərvərlik dərsi - VİDEOMÜSAHİBƏ

2 şəhid anasından əsl vətənpərvərlik dərsi - VİDEOMÜSAHİBƏ

İnsanlığın başına gələn ən böyük bəlalardan biri, hətta birincisi müharibədir.

Siyasi intriqalar, iqtisadi qarşıdurmalar və bu kimi müxtəlif qlobal səbəblərdən Yer kürəsi düz iki dəfə ən böyük müharibəyə ev sahibliyi edib.

Azərbaycan üçünsə müharibə tamam başqa bir anlayışdır. Əsrlərdir tarixi köklərinə sidq ürəkdən sadiq qalan, kiçik bir ənənəsinə belə xəyanət etməyən bu xalqın yaxşı niyyəti pis mənada həmişə onun başında çatlayıb.

Müharibə dəhşətdir.

Müharibə ağrıdır.

Müharibə insanlığa xəyanətdir.

Müharibə itkidir.

Özü də bəzən bir yox, iki itkidir. Minlərlə itkiyə bədəldir.

Müharibənin əziyyəti, ağrısı yaşandığı dövrdə bilinmir. Ancaq sonrakı nəsil heç vaxt üzünü görmədikləri, ağrısını çəkmədikləri, çətinliklərini duymadıqları müharibənin nəticələrini yaşamağa məcbur olurlar. Buna "itirilmiş nəsil” deyilir. Yəni itirənlər, əslində, müharibə iştirakçıları deyil. İtirənlər bizik...

O itirənlərdən biri də Lətifə Novruzovadır. İki şəhid anası... Onun qarşı yatan qoşa dağları Murovdur. Onun and yeri Kəlbəcərdir. Onun arzusu isə...

Çox şükür ki, o da minlərlə şəhid ailəsi kimi boynubükük qalmayıb. Azərbaycan dişi ilə, dırnağı ilə onun övladlarının qanına sahib çıxıb. Onun başını uca edib. Çox şükür ki, o, dövlətinin qayğısını hər zaman hiss edir, etməkdədir.

Lətifə ananın həyat hekayəsini öz dilindən eşidin:





publika.az
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət