Axtarış...

"Neftçi"nin futbolçusuna Yunanıstandan təklif

"Neftçi"nin futbolçusuna Yunanıstandan təklif

"Neftçi"nin müdafiəçisi Slavko Braliç karyerasını Yunanıstanın OFİ klubunda davam etdirə bilər.

Qol.az-ın yerli "gazzetta.gr" saytına istinadən yaydığı xəbərə görə, qış fasiləsində məşqçilər korpusunun qərarı ilə əvəzedici heyətə göndərilən xorvatiyalı futbolçu özü də sözügedən komandaya keçməkdə maraqlıdır. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, "Neftçi" bir neçə gün öncə OFİ klubundan yunanıstanlı yarımmüdafiəçi Vanqelis Platellası heyətinə qatıb.



Şərh yaz