Axtarış...

Venesuelada yüzlərlə insan həbs edilib

Venesuelada yüzlərlə insan həbs edilib

Venesuelada ictimai-siyasi gərginlik davam edir. Maduro hökumətinə qarşı kütləvi etirazlarda saxlanılan insanların sayı 500 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Ria Novosti” məlumat yayıb.

Bazar ertəsindən ölkənin bir çox şəhərlərində, başlıca olaraq paytaxt Karakasda Maduronun istefası tələbi ilə keçirilən etirazlar səngimək bilmir.

Venesuela milli qvardiyası və xüsusi təyinatlı dəstə üzvləri evlərə reydlər edərək, müxalifyönlü fəalları həbs edir.

“Cinayət Forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero həbs olunanlar arasında yetkinlik yaşına çatmamış azı 14 nəfərin olduğunu bildirib.



Şərh yaz