İtaliya mətbuatı Bakıda keçiriləcək İtaliya-Azərbaycan beynəlxalq film festivalından yazır

İtaliya mətbuatı Bakıda keçiriləcək İtaliya-Azərbaycan beynəlxalq film festivalından yazır

İtaliyanın askanews.it, primapaginanews.it, azerbaijannews.eu, it.notizie. yahoo.com kimi xəbər saytlarında “Yanvarın 25-dən 30-dək Bakıda ilk dəfə İtaliya-Azərbaycan beynəlxalq film festivalı keçiriləcək” sərlövhəli informasiyalar yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə film festivalı haqqında məlumat verilir. Bildirilir ki, festivalın keçirilməsi hər iki ölkənin kino sənayesinin keçmişini, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

Yazılarda festivalın Azərbaycanın Mədəniyyət Nazirliyinin, İtaliyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacağı bildirilir.

Qeyd olunur ki, festivalın sonunda mükafatlandırma mərasimi olacaq. Qaliblər “Zərdüşt mükafatı” ilə mükafatlandırılacaqlar.

Mükafatlandırma mərasiminə keçmiş sovet məkanında “Sprut” serialında Tano Kariddi obrazı ilə məşhurluq qazanan aktyor və rejissor Remo Cirone rəhbərlik edəcək. İtaliyalı ssenarist və rejissor Klaudio Rossi Massimi isə festivalın bədii rəhbəri olacaq.

Festival çərçivəsində dünyanın məşhur aktyor və rejissorları paytaxt Bakıda bir araya gələcək.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət