Axtarış...

"Qarabağ" ciddi rəqibdir" – "Piast"ın müdafiəçisi

"Qarabağ" ciddi rəqibdir" – "Piast"ın müdafiəçisi

“Qarabağ”la oyunda çox yaxşı təsir bağışladıq. Ona görə də çıxışımızdan razı qaldığımı deyə bilərəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Piast”ın müdafiəçisi Damien Bırtek klubun rəsmi saytına açıqlamasında deyib. Dünən “Qarabağ”la Antalyada keçirilən yoxlama oyunu (1:1) barədə fikirlərini açıqlayan futbolçu daha sonra mətbuat xidmətinin suallarını cavablandırıb.

- Azərbaycan klubu ilə heç-heçəni qənaətbəxş saymaq olar?

- Hə, mən nəticədən razıyam. Çünki ciddi rəqiblə qarşılaşdıq. “Qarabağ” yaxşı komandadır. Belə hava şəraitində oynamaq asan deyildi. Amma düşünürəm ki, özümüzü yaxşı tərəfdən göstərdik. Qol epizodları yaratdıq, bundan başqa, bir neçə dəfə rəqibin güclü təzyiqindən çıxmağı bacardıq. Oyun normal hava şəraitində keçirilsəydi, daha baxımlı alınardı.

- Sizcə, öz oyununuzda nə alındı, nə alınmadı?

- Bu suala birmənalı cavab vermək çətindir. Çünki belə havada çoxlu səhv edə bilərsən. Digər tərəfdən, bu, bizim bu il təbii ot örtüyündə ilk yoxlama oyunumuz idi. Ümui götürsək, pis təsir bağışlamadıq və meydanda yaxşı iş gördük.

- Yəqin ki, müdafiəçilər üçün bu cür leysanda oynamaq daha çətindir.

- İlk dəfədir bu halla üzləşirəm. Amma şikayət edə bilmərəm. Leysana baxmayaraq, yaxşı hazırlıq matçı oldu. Əsas odur ki, oyunu zədəsiz başa vurduq.



Şərh yaz