“Nikoil Bank” bağlanma təhlükəsi ilə üz-üzə... - böhrandan çıxa bilmir

“Nikoil Bank” bağlanma təhlükəsi ilə üz-üzə... - böhrandan çıxa bilmir
"Nikoil Bank” 2018-ci ili 135 mln 200,6 min manat zərərlə başa vurub.

BakuPost-un məlumatına görə, bu, bankın "Mənfəət və Zərər" haqqında hesabatında əksini tapıb.

Beləliklə, 2017-ci illə müqayisədə bankın zərəri 50 dəfəyə qədər artıb. "Nikoil Bank” 2017-ci ili 2 mln 708,6 min manat zərərlə başa vurub.

Bankın cəmi aktivləri də azalıb. Bankın 2018-ci il üzrə cəmi aktivləri 2017-ci illə müqayisədə 4,64% azalaraq 417 mln 40,2 min manat, cəmi kapitalı isə 12,40% azalaraq 65 mln 672,6 min manat olub. "Nikoil Bank”ın kredit portfelində də azalma qeydə alınıb. 2018-ci ildə bankın kredit portfeli 2,86% azalıb və 282 mln 713 min manat olub.

Qeyd edək ki, "Nikoil Bank” devalivasiyadan sonra düşdüyü çətin durumdan çıxa bilmir. 2016-ci ildə 20 filial ilə fəaliyyət göstəribsə, 2018-ci ilin birinci yarımilində bu flialların sayı 10 düşmüş, yəni 10 filialı bağlanmışdı.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət