Axtarış...

Prezident Rusiya və Çin telekanallarına müsahibə verib

Prezident Rusiya və Çin telekanallarına müsahibə verib

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.



Azərbaycan Prezidenti həmçinin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.

Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazıb.


Daha çox xəbər

Şərh yaz