Axtarış...

Erməni əsgər xidmət yoldaşını güllələyib

Erməni əsgər xidmət yoldaşını güllələyib

Ermənistan ordusunun “N” saylı hərbi hissəsində xidmət keçən hərbi qulluqçuya qarşı əsgər yoldaşını güllələdiyinə görə cinayət işi açılıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, A.M. adlı hərbi qulluqçu 2018-ci ilin 13 dekabrında xidməti vəzifəsini yerinə yetirərkən silahla düzgün davranma qaydalarını pozub və əsgər yoldaşı A.Akopyanı qarın nahiyəsindən güllələyib. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 373-cü maddəsinin 2-ci bəndi üzrə ittiham irəli sürülüb.

Hazırda itiham edilən erməni hərbçi hərbi hissə rəhbərliyinin nəzarəti altında saxlanılır. Faktla bağlı istintaq davam etdirilir.



Şərh yaz