Axtarış...

Sedat Kartal: Azərbaycan muğamı ruhumuzu qidalandırdı

Sedat Kartal: Azərbaycan muğamı ruhumuzu qidalandırdı
Azərbaycan musiqisini, xüsusilə də muğamı Lionda dinləmək böyük zövqdür. Muğam ruhumuzu qidalandırdı. Azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm. Möhtəşəm konsert oldu.

Bu fikirləri Fransanın Overn-Ron-Alp zonasında Ticarət Palataları və Biznes Klubları Beynəlxalq Federasiyasının prezidenti Sedat Kartal Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş muğam konsertindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib. O, ölkəmizin Fransadakı səfirliyinə və Azərbaycan-Fransa Dialoqu Assosiasiyasına təşkilatçılığa görə təşəkkür edib. Erməni lobbisinin çox sıx olduğu Lion şəhərində Azərbaycan assosiasiyasının fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb.

“Lion şəhərində azərbaycanlılar və tüklər birgə fəaliyyət göstərməlidirlər. Biz həmişə Azərbaycanı dəstəkləyirik. Azərbaycanı burada daha yaxından tanıtmalıyıq”, - deyə S.Kartal vurğulayıb. O bildirib ki, rəhbərlik etdiyi federasiyaya azərbaycanlı iş adamlarının da qoşulmasından çox şad olardı: “Onların Lionda müvafiq federasiya və klublara üzv olmasına yardım etməkdə maraqlıyıq. Azərbaycanlı iş adamlarını Lionda görmək, onlarla birlikdə çalışmaq istərdik”.


Daha çox xəbər

Şərh yaz