“Xahiş edirəm ki, mənə yardım etsinlər” - I qrup gözdən əlil gənc işsizlikdən əziyyət çəkir

“Xahiş edirəm ki, mənə yardım etsinlər” - I qrup gözdən əlil gənc işsizlikdən əziyyət çəkir

Bakı sakini Əşrəf Məmmədli “Yeni Müsavat” qəzetinə müraciət edərək, Dövlət Məşğulluq İdarəsi, Mədəniyyət Nazirliyi başda olmaqla, bir sıra qurumdan şikayətini bildirib.

Şikayətçi bildirib ki, 1-ci qrup əlildir və heç bir yerdə ona iş vermirlər. Ə.Məmmədli müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəlib.

Şikayətçi problemi ilə bağlı aşağıdakıları bildirib: “2018-ci ilin may ayından etibarən, demək olar ki, ölkədə fəaliyyət göstərən bütün nazirliklərə müraciət etmişəm. Başda Yasamal rayon Məşğulluq Xidməti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi olmaqla, Dövlət Məşğulluq İdarəsinə, Mədəniyyət Nazirliyinə də müraciət etmişəm. Məşğulluq idarəsindən mənə bildirildi ki, 1-ci qrup gözdən əlili biz işlə təmin edə bilmərik. Mədəniyyət Baş İdarəsindən isə mənə bildirildi ki, sizə uyğun vakansiya yoxdur. 8 ay ərzində 10-a yaxın deputata, nazirə, Milli Məclisə yazılı formada müraciət etmişəm. Hamısı da qeyd etdiyim qurumlara məktub göndərib ki, vətəndaşı işlə təmin etsinlər. Axtardığım iş rejissor ixtisası üzrədir. Bütün ümidlərim tükəndiyi üçün problemimi ictimailəşdirmək qərarına gəldim. Aylardır ki, işsizlikdən əziyyət çəkirəm. Gözdən 1-ci qrup əlil olduğum üçün iş tapmaqda çətinlik çəkirəm. Xahiş edirəm ki, mənə yardım etsinlər. Əlimdə 30-dan çox müraciət məktubu var. Hər dəfə ümid etmişəm ki, müraciət etdiyim qurum, şəxs mənim işlə təmin olunmağıma yardım edəcək. Lakin indiyə qədər müsbət xəbər almamışım...”
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət